Поиск

Полнотекстовый поиск:
Где искать:
везде
только в названии
только в тексте
Выводить:
описание
слова в тексте
только заголовок

Рекомендуем ознакомиться

'Документ'
В Краснодарском крае вскоре будет создано единое информационное пространство для субъектов малого и среднего бизнеса. Как рассказал на круглом столе п...полностью>>
'Документ'
Проекты, реализуемые Государственным учреждением реабилитационным центром социально-оздоровительный клуб инвалидов «Надежда» Костромской области в 20...полностью>>
'Семинар'
– часа. Атопическая бронхиальная астма. – часа. Аллергические риниты. Коньюктивиты. Аллергические заболевания кожи Лекарственная аллергия. – часа....полностью>>
'Документ'
О разграничении полномочий избирательной комиссии муниципального образования и территориальных избирательных комиссий при проведении муниципальных вы...полностью>>

Rbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ

Главная > Документ
Сохрани ссылку в одной из сетей:

Mehriban Əliyeva,

Heydər Əliyev Fondunun prezidenti,

YUNESKO-nun xoşməramlı səfiri

“Koroğlu” operası Azərbaycanın opera aləmində öz revol­yusion coşğunluğu ilə bədii yenilikləri ilə, parlaq xalq musiqisi ilə son dərəcə yüksək bir yer tutmaqdadır.

Hüseyn Cavid,

yazıçı-dramaturq

Üzeyir sənətinin qüdrəti orasındadır ki, bəstəkarımız Azər­baycan xalq musiqisinin, muğamlarımızın bütün incə­liklərini bilir, onun məlahətini duyur, öyrənir və xalqın sevəcəyi yeni əsərlər yaratmaq üçün geniş axtarışlar aparırdı.

Bülbül,

müğəni, SSRİ Xalq artisti

Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur Sovet bəstəkarı Üzeyir Hacıbəylinin musiqisi xalqımızın ürəyində yaşayır, onun mənəvi həyatını zinətləndirir.

Qara Qarayev,

bəstəkar, SSRİ Xalq artisti

Məşhur bir əfsanədə Anteyin qeyri-adi qüdrətini onun ayaq­larının torpağa dayanmasında, torpaqla bağlılığında görürlər. Üzeyir Hacıbəyli özü də bu müqayisəni sevirdi və bəstəkarın gücünü-qüvvətini onun xalq həyatına, xalq sənətinə bağlılı­ğında görürdü. Biz böyük Üzeyir yaradıcılığından bu Antey qüdrətinin sirlərini hələ çox öyrənməliyik.

Fikrət Əmirov,

bəstəkar, SSRİ Xalq artisti

Üzeyir Hacıbəyli sənəti Azərbaycan dühasının dünya mədəniyyət xəzinəsinə bəxş etdiyi ən nadir incilərdəndir

Zemfira Səfərova,

professor, AMEA-nın müxbir üzvü

Azərbaycan sovet musiqisinin təməlini qoyan Üzeyir Hacıbəyli böyük təbii istedad sahibi kimi bir bəstəkar, görkəmli ictimai xadim idi. O, bütün həyatını Azərbaycan Sovet musiqi mədəniyyətinin inkişafına həsr etdi.

Dmitri Şostakoviç,

bəstəkar, SSRİ Xalq artisti

Biz fəxrlə qeyd etməliyik ki, Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”undan “Koroğlu”suna kimi Azərbaycan operasının otuz ildə keçdiyi yüksək inkişaf yolunu Qərbi Avropanın bəzi məmləkətlərində opera sənəti iki yüz ilə keçmişdir.

Niyazi,

bəstəkar, SSRİ Xalq artisti

Üzeyir yalnız Azərbaycan xalqının deyil, bütün Sovet xalqının fəxri və şöhrətidir. Gürcü xalqı onun simasında öz etibarlı dostunu və qardaşını görür.

Akaki Xorava,

gürcü bəstəkarı

“Koroğlu” operasının məzmun və mündəricəsi Üzeyirin siyasi və ictimai varlığının güzgüsüdür - demək olar.

Məmməd Səid Ordubadi,

yazıçı

...Üzeyir sənətinin dili bütün xalqlar üçün aydındır. Avropa musiqi mədəniyyətindən, xüsusən nəcib və xeyirxah rus xalqının zəngin musiqi mədəniyyətindən məharətlə istifadə edən bu sənətkar bütün Sovet xalqları üçün əziz və doğmadır.

Səməd Vurğun,

Xalq şairi

Üzeyirbəy elə sənətkardır ki, onun adı tərif yükü götürmür, o hər hansı tərif pilləsindən yuxarıda duran bir simadır.

Rəsul Rza,

Xalq şairi

Üzeyir sənət vasitəsilə öz həyatını xalqın xidmətinə ver­mişdi. Ancaq belə bir sənətkar Azərbaycan operasının şah əsəri olan “Koroğlu” kimi ölməz əsər yarada bilərdi.

Mirzə İbrahimov,

Xalq yazıçısı

Üzeyir Hacıbəylinin əsərləri yaşadığı mühitin, içində dolan­dığı xalqın, cəmiyyətin ifadeyi-hal və keyfiyyətidir.

Cəfər Cabbarlı,

yazıçı, dramaturq

Üzeyir öz xalqını sevirdi, onun üçün yaradırdı, öz əsər­lərində bu xalqın fikirlərini və arzularını ifadə edirdi. Buna görə də həmişə xalqın qəlbində yaşayacaqdır.

Şövkət Məmmədova,

opera müğənnisi, SSRİ Xalq artisti

Üzeyirbəy Hacıbəyli musiqimizi nizama salmağa başladı. Yazdığı opera və operattaları ilə şöhrət qazandı. Yalnız özü deyil, bütün millətini aləmə tanıtdı.

Yusif Vəzir Çəmənzəminli,

yazıçı

OPERALAR

Leyli və Məcnun (1907). Birinci redaksiyada 5 pərdəli, 6 şəkilli, sonrakı quruluşlarda 4 pərdəli, 6 şəkilli əsər. Operanın ilkin strukturu Ü.Hacıbəylinin “Əsərləri”nin I və II cildlərində bərpa olunmuşdur /Məhəmməd Füzulinin eyni adlı poeması əsasında Ü.Hacıbəylinin librettosu.

İlk tamaşası 1908-ci il yanvarın 12-də Bakıda H.Z.Tağıyev Teatrında (sonralar Ş.Qurbanov adına Dövlət Musiqili Komediya Teatrı) olmuşdur. Baş rollarda: H.Sarabski (Qeys – Məcnun), A.Fərəcov (Leyli), M.Məmmədov (Qeysin atası), İ.Qasımov (Qeysin anası), D.Dağıstani (İbn Səlam), Kəngərli (Zeyd). Rejissor H.Ərəblinski, dirijor Ə.Haqverdiyev, tarda ifa etmişlər Q.Pirimov və Ş.Axundov16.

Operanın ən yüksək əhəmiyyətə malik yeni quruluşları M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən 1935-ci ildə (quruluşçu rejissor S.Dadaşov) və 1955-ci ildə (quruluşçu rejissor M.Məmmədov, dirijor H.Həsənov, rəssam İ.Seyidova) gerçəkləşdirilmişdir. Yeni orkestr redaksiyasının müəllifi N.Əliverdibəyov (1959). Opera Qafqazın, Orta Asiyanın və İranın bir sıra şəhərlərində nümayiş etdirilmişdir. Libretto bir sıra dillərə tərcümə olunmuşdur.

Nəşri:

  1. Bu gələn yara bənzər [Not]: “Leyli və Məcnun” operasından qızlar xoru /Ü.Hacıbəyli. “Leyli və Məcnun” və “Arşın mal alan” opera­lar­­ından parçalar: fortepiano ilə oxu üçün.- M., 1938.- S. 9-11.

  2. Əsərləri.- B.: Azmusnəşr, 1959.- 183 s.

  3. Leyli və Məcnun [Not]: Klavir: [Üzeyir dünyası].- B.: Şərq-Qərb, 2008.- 232 s.

  4. Leyli və Məcnun [Not] /Əsərləri. I cild.- B., 1964.- S.17-41.

  5. Leyli və Məcnun” və “Koroğlu” operalarından par­çalar [Not].- B.: Azərnəşr, 1968.- 23 s.

  6. Leyli və Məcnun” operasından qızların xoru [Not]: /Akkordeonçunun repertuarı, 13-cü buraxılış.- M., 1968.- S. 19-20.

  7. Leyli və Məcnun” operasından Məcnunun atasının ariyası [Not]: /Fortepiano ilə oxumaq üçün. /Rus mətni S.Neve­dovun­dur.- B.: Azərbaycan musiqi nəşriyyatı, 1953.-9 s.

  8. Leyli və Məcnun” operasından parçalar [Not]: Qız­ların xoru; Məcnunun atasının və başqalarının ariyası /SSRİ xalqları­nın klassik musiqisi antologiyası. 2-ci buraxılış /Tərtib edən: S.L.Ginzburq.- M., 1956.- S. 272-285.

  9. Leyli və Məcnun” operasından seçilmiş parçalar: [Not]: /Fortepiano üçün sadələşdirilmiş uyğunlaşdırma. Redaktor: B.Məmmədov.- B.: Azərbaycan musiqi nəşriyyatı, 1958.- 30 s.

  10. Leyli və Məcnun. 6 pərdəlik opera [Not]: (Libretto).-B.: M.F.Axundov ad. Lenin ord. Azərb. Döv. Akad. Opera və Balet Teatrı, 1941.-6 s.

  11. Leyli və Məcnun [Not]: 4 pərdədə və 6 şəkildə opera: Libretto.- B.: Orucov qardaşları mətbəəsi, 1917.- 36 s.

  12. Leyli və Məcnun [Not]: 5 pərdəli, 6 şəkilli opera: Partitura. /Baş redaktor: Q.Qarayev, redaktor: N.Əliverdi­bəyov. Ön söz və şərhlərin müəllifi: Z.Səfərova. Librettonu tərcümə edən: V.Qafarov.- Əsərləri. I cild.- B.: İşıq, 1983.- 415 s.

  13. Leyli və Məcnun [Not]: Libretto (Azərb. dilində).- B.: Orucov qardaşları mətbəəsi, 1912.- 36 s.

  14. Leyli və Məcnun [Not]: C.Hacıbəyli ilə birlikdə /Libretto 4 məclisdə 6 pərdədə əsər.- B.: İ.Aşurbəylinin “Kaspi mətbəsi”, 1915.- 36 s. Ərəb əlifbasında.

  15. Leyli və Məcnun [Not]: 5 pərdəli, 6 şəkilli opera: Klavir. /Redaktor: N.Əliverdibəyov. Ön söz və şərhlərin müəllifi: Z.Səfərova.- Əsərləri.- B.: İşıq, 1984.-C. 2.- 240 s.

  16. Leyli və Məcnun” və “Koroğlu” operalarından parçalar [Not] /Fortepiano üçün transkripsiya edənlər: M.Əliyeva və Y.Perevertaylo.- B.: Azərbaycan musiqi nəşriyyatı, 1968.- 23 s.

  17. M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı.- B., 1941.

  18. Məcnun, Məcnun dur gedək, bu rəqibinin evidir [Not]: “Leyli və Məcnun” operasından “Məcnun, Məcnun” xoru /sözləri M.Füzulinindir. Rusca mətni M.Artsıbaşevindir /Ü.Hacıbəyov. “Leyli və Məcnun” və “Arşın mal alan” operalarından parçalar: fortepiano ilə oxu üçün.- M., 1938.- S.12-16.

  19. Məcnunun ariyası [Not] /Əsərləri. II cild.- B., 1984.- S. 212-221.

  20. Məcnunun atasının ariyası [Not]: ”Leyli və Məcnun” ope­rasından /Ü.Hacıbəyov: Ariyalar, romanslar və mah­nılar.- M., 1985.- S. 3-15.

  21. Məcnunun atasının ariyası [Not]: “Leyli və Məcnun” operasından /sözləri M.Füzuli­nindir, rusca mətni A.Yakovlevə məxsusdur /Ü.Hacıbəyov. “Leyli və Məcnun” və “Arşın mal alan” operalarından parça­lar: fortepiano ilə oxu üçün.- M.: Musnəşr,1938.- S. 17-24.

  22. Məcnunun atasının ariyası [Not]: Leyli və Məcnun” operasının 1-ci pərdəsindən /Ü.Hacıbəyov. Seçilmiş ariyalar, romanslar və mah­nılar. Söz. M.Füzulinindir; Rus dilinə tərcümə edən S.Nevedovdur.- B., 1975.- S. 3-10.

  23. Opera klaviri [Not]: Librettonu tərcümə edən: V.Qa­farov.- B.: Azərbaycan musiqi nəşriyyatı, 1959.- 183 s.

  24. Rəqs (duet) [Not]: “Leyli və Məcnun” operasından /Azər­baycan bəstəkarlarının əsərləri: Kamança ilə fortepiano üçün köçürmə.- B., 1992.- S. 98.

  25. Ü.Hacıbəyovun və M.Maqomayevin operalarından seçmə parçalar [Not]: Fortepiano üçün uyğunlaşdıran: M.Əli­yeva.- B.: Azərbaycan musiqi nəşriyyatı, 1958.- 34 s.

Şeyx Sənan (1909). Xalq rəvayəti əsasında 5 pərdəli əsər /Libretto Ü.Hacıbəylinindir.

İlk tamaşası 1909-cu il noyabrın 30-da Bakıda Nikitin qar­daşları sirkinin səhnəsində olmuşdur. Baş rollarda: H.Sarabski (Şeyx Sənan), Leyla xanım təxəllüslü Tamara Boqatko (Xumar), M.H.Terequlov (Xumarın atası), M.Əliyev (Giko). Rejissor: H.Şərifov, dirijor: Ü.Hacıbəyli. Sonrakı illərdə opera səhnəyə qoyulmamışdır17.

Rüstəm və Zöhrab (1910). 4 pərdəli əsər /Firdovsinin əsərinin motivləri əsasında. Librettonun müəllifi Ü.Hacıbəyli.

Əsərin ilk tamaşası Bakıda 1910-cu il noyabrın 12-də H.Z.Tağıyev Teatrında olmuşdur. Baş rollarda: H.Sarabski (Zöhrab), Ə.Ağdamski (Təhminə), M.H.Terequlov (Keykavus), M.M.Məmmədov (Səmənqan). Rejissor: H.Sa­rabski, rejissor köməkçisi: X.Hüseynov. Dirijor: Ü.Hacıbəyli.

Əsərin yeni redaksiyada ilk tamaşası 1915-ci il martın 6-da Bakıda H.Z.Tağıyev Teatrında dirijor-bəstəkar M.Maqoma­yevin benefisində göstərilmişdir.

Nəşri:

  1. Rüstəm və Zöhrab [Not]: Libretto /Ü.Hacıbəyov. Əsərləri, II cild.- B., 1965.- S. 379-395.

Şah Abbas və Xurşidbanu (1912). 4 pərdəli, 6 şəkilli əsər: Xalq rəvayətlərinin motivləri əsasında. Libretto­nun­ müəl­lifi: Ü.Hacıbəyli. – Əlyazması.

İlk tamaşası 1912-ci il martın 10-da Bakıda Nikitin qardaş­ları­­­nın sirkində göstərilmişdir. Baş rollarda: H.Sarabski (Şah Abbas), Ə.Ağdamski (Xurşidbanu), M.H.Terequlov (Məstavər), M.M.Məmmədov (baş vəzir), M.Kazımovski (Divanə). Rejissor: H.Ərəblinski, rejissor köməkçisi: X.Hüseynov, xormeyster: M.H.Terequlov. Dirijor: M.Maqomayev.

Tamaşada tarzən Ş.Axundovun idarəsi ilə Şərq orkestri iştirak etmişdir. Əsər Qafqazın və İranın şəhərlərində göstərilmişdir. Libretto fars dilinə çevrilmişdir. M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının reper­tuarında 20-ci illərin sonunadək yer almışdır.

Nəşri:

  1. Birinci pərdədən Xurşidbanunun ariyası [Not] /Məktəb nəğmələri.- B., 1924.- 4 s.

  2. Birinci pərdədən Xurşidbanunun ariyası [Not] /Məktəb nəğmələri.- B., 1925.- 4 s.

  3. Şah Abbas və Xurşidbanu [Not] /Ü.Hacıbəyov. Əsərləri. I cild.- B., 1964.- S. 117-148.

  4. Şah Abbas və Xurşidbanu [Not]: Libretto.- B.: Orucov qardaşları mətbəəsi, 1912.- 4 s.

  5. Şah Abbas və Xurşidbanu [Not]: Libretto.-B.: Orucov qardaşları mətbəəsi, 1917.- 4 s.

  6. Şah Abbas və Xurşudbanu [Not]: Əsərləri.-B.: Orucov qardaşlarının mətbəəsi,1912.- 48 s. Ərəb əlifbasında.

Əsli və Kərəm (1912). 4 pərdəli, 6 şəkilli əsər: Aşıq dastanlarının motivləri əsasında. Librettonun müəllifi: Ü.Hacıbəyli. Əlyazması.

İlk tamaşası 1912-ci il mayın 18-də Bakıda Mayılov qardaşları teatrında (sonralar M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı) olmuşdur. Baş rollarda: H.Sarabski (Kərəm), Ə.Ağdamski (Əsli), M.H.Terequlov (Qara keşiş), M.M.Məmmədov (İsfahan şahı). Rejissor: H.Ərəblinski, dirijor: Ü.Hacıbəyli, xormeyster: M.H.Terequlov.

Opera M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarında mühüm yer tutmuşdur. 1957-ci ildən N.Əliverdibəyovun yeni orkestr redaksiyası ilə ifa olunmuşdur. Dirijoru: Ə.Bədəlbəyli. Əsər Qafqazın, Dağıstanın, Orta Asiyanın və İranın bir çox şəhərlərində tamaşaya qoyulmuşdur. Libretto fars dilinə tərcümə olunmuşdur.

Nəşri:

  1. Əsli və Kərəm [Not]: 4 məclis və 6 şəkilli opera. Libretto.- B.: Orucov qardaşları mətbəəsi, 1914.- 58 s.

  2. Əsli və Kərəm [Not]: Dörd məclis və altı şəkilli bir milli operadır. İkinci təbi.- B., 1914.-58 s. Ərəb əlifbasında (mikrofilm).

  3. Əsli və Kərəm” operası [Not]: Libretto /Ü.Hacıbəyov Əsərləri. I cild.- B., 1964.- S.149-179.

  4. Əsli və Kərəm” operasından “Axşam oldu” xoru [Not].- B., 1925.- S.2-3.

  5. Əsli və Kərəm” operasından: “Axşam oldu” xoru [Not] /Məktəb nəğmələri.- B., 1924- S. 2-3.

  6. Əsli və Kərəm” operasından “Axşam oldu” xoru [Not] //Ü.Hacıbəyli və M.Maqomayevin operalarından seçmə parçalar /Fortepiano üçün asanlaşdırılmış köçürmə.- B., 1958.- S. 19-20.

  7. Əsli və Kərəm [Not]: 6 pərdəli opera. (Libretto).- B.: M.F.Axundov ad. Lenin Ordenli Azərb. Opera və Balet teatrı, 1941.- 6 s.

  8. Əsli və Kərəm [Not]: Dörd məclis və altı şəkilli operadır. İkinci təbi.- B.: Orucov qardaşlarının mətbəəsi, 1916.-58 s. (mikrofilm).

Harun və Leyla (1914). 5 pərdəli əsər: Xalq rəva­yətlər­i­nin motivləri əsasında. Librettonun müəllifi: Ü.Hacıbəyli. Opera tamamlanmamışdır18.

Nəşri:

  1. Harun və Leyla [Not]: 5 pərdəli əsər: Libretto.- B.: Orucov qardaşları mətbəəsi, 1914.

  2. Harun və Leyla [Not]: 5 pərdəli əsər: Libretto.- Ü.Hacıbəyov. Əsərləri. I cild.- B.: 1964.- S.225-257.

  3. Harun və Leyla [Not]: Ərəb əmirləri zamanına dair musiqi ilə tərtib edilmiş 5 pərdəli bir hekayədir.- B.: Orucov qardaşlarının elektrik mətbəəsi.-1915.-54 s. Ərəb əlifbasında.

Koroğlu (1936). 5 pərdəli əsər: Aşıq dastanının motivləri əsasında yazılmışdır. Librettonun müəllifi: Q.İsmayılov. Şeirlər M.S.Ordubadiyə məxsusdur.

İlk tamaşası 1937-ci il aprelin 30-da Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında olmuşdur. Baş rollarda: Bülbül (Rövşən), G.İsgəndərova (Nigar), M.T.Bağırov (Həsən xan), A.Zülalov (Ehsan paşa), B.Mustafayev (İbrahim xan), Q.Hüseynov (Həmzə bəy), Q.İsgəndərov (təlxək), M.Paşayeva (xanəndə qız). Rejissor: İ.Hidayətzadə, dirijor: Ü.Hacıbəyli, rəssam: R.Mustafayev və baletmeyster: İ.Arbatov, birinci balerina: Q.Almaszadə.

“Koroğlu” operası 1941-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

Libretto rus dilinə 1938-ci ildə D.Paşayev tərəfindən sətri, R.İvnev tərəfindən şeirə çevrilmiş, 1943-cü ildə isə L.Zalsman tərəfindən tərcümə olunmuşdur.

1938-ci ildə opera birinci Azərbaycan incəsənəti dekadası günlərində Moskvada nümayiş etdirilmişdir. Rejissor: İ.Hidayətzadə, dirijor: A.Həsənov. Rolları ifa edirdilər: Bülbül (Rövşən), G.İsgəndərova (Nigar), M.T.Bağırov, M.Levin (Həsən xan), ltanov, V.Nikolski (İbrahim xan), İ.Eloğlu, B.Mustafayev (Ehsan paşa), A.Anatollu, Q.İsgən­dərov (təlxək), M.Paşayeva, A.Rzayev (xanəndə qız), H.Hü­sey­nov (Həmzə bəy).

Əsər 1941-ci ildə İranda (M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı kollektivinin qastrol səfərində) göstərilmişdir.

1943-cü ildə opera ilk dəfə rus dilində tamaşaya qoyulmuşdur: rejissor İ.Hidayətzadə, tamaşanın musiqi rəhbəri və dirijoru Niyazi, rəssam A.Filipov, baletmeyster S.Ge­vorkov, xormeyster (Y.Qrossman). Rollarda çıxış edirdilər: A.Drozdov (Rövşən), M.Titarenko (Nigar), K.Knijnikov (Həsən xan), V.Nikolski (İbrahim xan), S.Nevedov (Ehsan paşa), Y.Dvorkin (Həmzə bəy), Q.İsgəndərov (təlxək), V.Fadeyeva (xanəndə qız).

1959-cu ildə opera yeni səhnə redaksiyasında ikinci Azərbaycan incəsənəti dekadası günlərində Moskvada nümayiş etdirilmişdir: dirijor Niyazi, quruluşçu rejissor M.Məmmədov, rəssam Ə.Fətəliyev. Rolları ifa edirdilər: Bülbül, L.İmanov, İ.Cəfərov, T.Əliyev (Rövşən), F.Əhmədova, R.Muradova (Nigar), A.Bünyadzadə, F.Mustafayev (Həsən xan), C.Qafarov, Q.Əliyev (İbrahim xan), F.Mehdiyev, M.Topçiyev (Ehsan paşa), K.Məmmədov, F.Mehdiyev, K.Yaqubov (Həmzə bəy), K.Məmmədov, Q.Hüseynov (təlxək), X.Qurbanova, R.Cab­ba­rova (xanəndə qız).

1975-ci ildə (Üzeyir Hacıbəyovun 90 illiyi şərəfinə) Bakıda “Koroğlu”nun yeni quruluşu hazırlanmışdır. Dirijor R.Abdullayev, rejissor F.Səfərov, quruluşçu rəssam T.Salahov, baletmeyster Q.Almaszadə, xormeysterlər N.Məlikov, Q.Kor­yagin olmuşdur. Rolları ifa etmişlər: L.İmanov (Koroğlu), F.Əhmədova (Nigar), F.Mustafayev (Həsən xan), K.Əliyev (İbrahim xan), K.Məmmədov (Ehsan paşa), F.Mehdiyev (Həmzə bəy), H.Məmmədov (təlxək), S.Əzimi (xanəndə qız).

Koroğlu həmçinin Aşqabadda (1939, türkmən dilində), İrəvanda (1942, erməni dilində), Daşkənddə (1950, özbək dilində) opera səhnələrində tamaşaya qoyulmuşdur.

Nəşri:

  1. Aşıq mahnısı [Not]: “Koroğlu” operasından: For­te­piano üçün sadə uyğunlaşdırmada pyes və parçalar.- B., 1940.

  2. Beşinci pərdədən rəqs havası [Not]: fortepiano ilə tar üçün.- B.: Azərbaycan musiqi nəşriyyatı, 1950.- 10 s.

  3. Birinci pərdədən Nigarın ariyası [Not]: fortepiano ilə oxu üçün /Tərcümə edən: M.Artsıbaşev. “Koroğlu” operasından parçalar.- M.: Musiqi nəşriyyatı, 1938.- S.7-14.

  4. Birinci və ikinci pərdələrdən Nigarın ariyası [Not]: fortepiano ilə oxu üçün.- B.: Azərbaycan musiqi nəşriyyatı, 1951.- 17 s.

  5. Dördüncü pərdədən aşıq havası [Not]: fortepiano ilə oxu üçün. Tərcümə edən: M.Artsıbaşev. “Koroğlu” operasından parçalar.- M., 1938.- S. 28-39.

  6. İkinci pərdədən Həsən xanın ariyası [Not]: fortepiano ilə oxu üçün.- B.: Azərbaycan musiqi nəşriyyatı, 1952.- 11 s.

  7. İkinci pərdədən Nigarın ariyası [Not]: fortepiano ilə oxu üçün /Tərcümə edən: M.Artsıbaşev “Koroğlu” operasından parçalar.- M., 1938.- S.15-21.

  8. İkinci pərdədən rəqs havaları [Not]: fortepiano ilə tar üçün.- B.: Azərbaycan musiqi nəşriyyatı, 1955.- 19 s.

  9. Koroğlu [Not]: Klavir: [Üzeyir dünyası].- B.: Şərq-Qərb, 2008.- 144 s.

  10. Koroğlu [Not]: 5 pərdəli opera /Eyni adlı xalq das­tanının motivləri əsasında; Librettosu H.İsmayılovun; Şeirləri M.S.Ordubadinindir; Ön söz və şərhlər Z.Səfəro­vanındır; Red. N.Əliverdibəyov, R.Abdullayev.- Partitura.- Ü.Hacıbəyov. Əsərləri. C. 1. - B.: İşıq, 1985.- 308 s.

  11. Koroğlu [Not]: Klavir /Redaktoru: Ə.Abbasov, tərcümə edəni: L.Zorin.- M.: Musiqi nəşriyyatı, 1952.- 440 s.

  12. Koroğlu [Not]: Klavir /Redaktoru: Ə.Abbasov, tərcümə edəni: L.Zorin.- M.: Sovet bəstəkarı, 1970.- 433 s.

  13. Koroğlu [Not]: Libretto (rus dilində). /İşləyəni: P.Pançenko, tərcümə edəni: D.Paşayev.- B., 1938.-74 s.

  14. Koroğlu [Not]: 5 pərdəli opera /Ü.Hacıbəyov Əsərləri. I cild.- B.: 1964.- S.270-307.

  15. Koroğlu” operası mövzusunda fortepiano üçün fan­taziya [Not]: /Transkripsiya Q.Burşteynə aiddir.- B.: Azər­­baycan musiqi nəşriyyatı, 1940.- 39 s.

  16. Koroğlu” operası mövzusunda fortepiano üçün fan­taziya [Not].-B.: Azərbaycan musiqi nəşriyyatı, 1957.- 27 s.

  17. Koroğlu” operasından fraqmentlər [Not]: for­te­pi­ano ilə tar üçün /Pyeslər. Fortepiano ilə tar üçün uyğunlaşdıran: M.Adil Gəray.- B., 1964.- S.8-22.

  18. Koroğlu” operasından Koroğlunun ariyası [Not]: Populyar ariya və duetlər.- Kiyev: Muziçna Ukraina, 1976.- 11 s.

  19. Koroğlu” operasından Koroğlunun ariyası [Not]: For­te­­­­­­­­­­­­pianonun müşayiəti ilə tenor üçün. /Tərcümə edən: M.Art­sı­­­­başev /Vokalçının konsert repertuarı.- M., 1967.- S. 7-11.

  20. Koroğlu” operasından parçalar [Not]: Klavir.- M.: Musiqi, 1938.- 39 s.

  21. Koroğlu” operasından uvertüra [Not]: Partitura.- B.: Azərnəşr, 1964.- 29 s.

  22. Koroğlu. 5 pərdəlik opera (Proqram).- B.: M.F.Axun­dov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı, 1942.- 6 s.

  23. Koroğlu. 5 pərdəlik opera (Proqram).- B.: M.F.Axun­dov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı, 1944.- 6 s.

  24. Koroğlu. 5 pərdəlik opera (Proqram).- B.: M.F.Axun­dov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı, 1962.- 6 s.

  25. Koroğlu. 5 pərdəlik opera. [Not]: (Libretto).- B.: M.F. Axundov ad. Azərb. Dövlət Opera və balet teatrı, 1941.- 6 s.

  26. Koroğlunun ariyası [Not]: “Koroğlu” operasından /Hacıbəyov Ü. Ariyalar, romanslar və mahnılar.- M., 1985.- S. 16-29.

  27. Koroğlunun ariyası, aşıq havası və şikəstə [Not].- B.: Azərbaycan musiqi nəşriyyatı, 1951.- 25 s.

  28. Koroğlunun ariyası [Not]: Seçilmiş ariyalar, romanslar və mahnılar: fortepiano ilə oxu üçün /Tərtib edəni və redaktoru: Ə.Abbasov, tərcümə edəni: L.Zorin.- B., 1975.- S. 23-34.

  29. Leyli və Məcnun” və “Koroğlu” operalarından par­çalar [Not].- B.: Azərnəşr, 1968.- 23 s.

  30. Nigarın ariyası [Not]: “Koroğlu” operasından /Ü.Hacıbəyov. Ariyalar, romanslar və mahnılar.- M., 1985.- S. 10-11.

  31. Nigarın ariyası mövzusunda violonçel üçün variasiyalar [Not] /Müəllifi B.Zeydman.- B.: Azərbaycan musiqi nəşriyyatı, 1942.

  32. Nigarın ariyası. “Koroğlu” operasının 1-ci pərdə­sin­dən [Not]: Seçilmiş ariyalar, romanslar və mahnılar. /Tərtib edəni və redaktoru: Ə.Abbasov, tərcümə edəni: L.Zorin.- B., 1975.- S. 35-41.

  33. Operanın uvertürası. “Koroğlu” operasının 2-ci pər­də­­sin­dən [Not]: Partitura. /Redaksiya komissiyası: Q.Qarayev, S.Rüstəmov, B.Zeydman, Ə.Abbasov, M.Əhmədov, A.Həsə­nov.- B.: Azərbaycan musiqi nəşriyyatı, 1951.- 42-48 s.

  34. Rəqs: Koroğlu operasından [Not] /Azərbaycan bəstə­karlarının əsərləri: Kamança ilə fortepiano üçün köçürmə.- B.,1992.- S. 46.

  35. Uvertüra [Not]: Nəfəsli orkestr üçün. /Uyğunlaşdıranı: N.Kərimova.- B.: Azərbaycan musiqi nəşriyyatı, 1964.- 29 s.

  36. Üçüncü pərdədən Koroğlunun ariyası [Not]: forte­piano ilə oxu üçün.- B.: Azərbaycan musiqi nəşriyyatı, 1945.- 14 s.

  37. Üçüncü pərdədən Koroğlunun ariyası: [Not] forte­piano ilə oxu üçün /Tərcümə edən: M.Artsıbaşev /“Koroğlu” operasından parçalar.- M., 1938.- S.22-27.

Firuzə (1945). 4 pərdəli əsər. Xalq rəvayətlərinin motivləri əsasında. Libretto Ü.Hacıbəyovundur (ilkin adı “Şəhrəbanu” olmuşdur). Opera yarımçıq qalmışdır.

Nəşri:

  1. Firuzə [Not]: 4 pərdəli əsər. Libretto /Ü.Hacıbəyov. Əsərləri. I cild.- B., 1964.- S. 259-269.

  2. Firuzənin ariyası [Not]: /Tərcümə edəni: P.Pançenko.- M.: Musiqi nəşriyyatı, 1956.- 12 s

  3. Firuzənin ariyası19 [Not]: /Tərcümə edəni: Y.Fidler.- M.: Musiqi nəşriyyatı, 1949.- 12 s.

  4. Firuzənin ariyası [Not]: Uşaq albomu: Fortepiano üçün. /Tərtib edən: K.Səfərəliyeva.- B., 1961.- S.25.

  5. Firuzənin ariyası “Firuzə” operasından [Not]: //Hacıbəyov Ü. Ariyalar, romanslar və mahnılar.- M., 1985.- S. 20.

  6. Firuzənin ariyası. “Firuzə” operasından [Not]: /Seçilmiş ariyalar, romanslar və mahnılar Fortepiano ilə oxu üçün /Tərcümə edəni: P.Pançenko. Tərtib edəni və redaktoru: Ə.Abbasov.- B., 1975.- S. 49-57.

MUSİQİLİ KOMEDİYALAR

Ər və arvad (1910). 3 pərdəli operetta /Libretto Ü.Hacıbəylinindir. Əlyazması.

İlk tamaşası 1910-cu il mayın 24-də Bakıda Nikitin qardaşları sirkinin səhnəsində müəllifin benefisində göstərilmişdir. Baş rollarda: H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım), M.Əliyev (Kərbəlayi Qubad), M.H.Terequlov (Səfi), İ.Kələntərov (Yetər), Kərimov (Gülpəri). Rejissoru: H.Ərəblinski, dirijoru: Ü.Hacıbəyli.

Nəşri:

  1. Ər və arvad [Not]: Libretto /Musiqili komediyalar.- B., 1959.- S. 21-48.

  2. Ər və arvad [Not] /Əsərləri. I cild.- B.: Azərbaycan SSR Elmlər Akademiyası, 1964.- S. 43-70.

  3. Xor. Ey səba yeli [Not] //Məktəb nəğmələri.- B., 1924-1925.- S. 1-2.

O olmasın, bu olsun (1911). 4 pərdəli operetta. Əvvəl isə 3 pərdəli olmuşdur (Hamam səhnəsi 1915-ci ildə yazılmışdır). /Libretto: Ü.Hacıbəyli. Əlyazması.

İlk tamaşası 1911-ci il aprelin 25-də Bakıda Mayılov qardaşları teatrının səhnəsində göstərilmişdir. Baş rollarda: H.Sarabski (Sərvər), M.Əliyev (Məşədi İbad), Ə.Ağdamski (Gülnaz), M.H.Terequlov (Həsən bəy), Xumara (Sənəm), A.Həsənzadə (hambal). Dirijoru: Ü.Hacıbəyli.

Komediyanın bir neçə səhnə redaksiyası olmuşdur. Əsər Qafqaz, Dağıstan və Orta Asiyanın bir sıra şəhərlərində, habelə xarici ölkələrdə (Bolqarıstan, Türkiyə, Yəmən) göstərilmişdir. Hazırkı dövrdə də uğurla tamaşaya qoyulur. Müxtəlif dillərə tərcümə olunmuşdur.

Komediya iki dəfə ekranlaşdırılmışdır. İlk dəfə 1919-cu ildə Yaltada A.Xanjonkovun studiyasında ekranlaşdırılmağa başlanmış, lakin çəkiliş başa çatdırılmamışdır; 1956-cı ildə isə Bakı kinostudiyasında Sabit Rəhmanın ssenarisi üzrə bədii film çəkilmişdir. Rejissoru: H.Seyidzadə, musiqi redaktoru: F.Əmirov.

Nəşri:

  1. O olmasın, bu olsun /Əsərləri. I cild.- B., 1964.- S. 225-257.

  2. O olmasın, bu olsun /Musiqili komediyalar.- B., 1958.- S.43-92.

  3. O olmasın, bu olsun. Libretto.- B.: Orucov qardaşları mətbəəsi, 1912.- 1916, 1918.

  4. O olmasın, bu olsun (Məşədi İbad) [Not]: 4 pərdəli operetta /Librettosu Ü.Hacıbəyovundur; Klavir; Red. S.Fərə­cov.- B.: Çinar-Çap, 2007.- 152 s.

  5. O olmasın, bu olsun [Not]: Klavir: [Üzeyir dünyası].- B.: Şərq-Qərb, 2008.- 144 s.

Arşın mal alan (1913). 4 pərdəli operetta /Librettosu Ü.Hacıbəylinindir.

İlk tamaşası 1913-cü il oktyabrın 25-də H.Z.Tağıyev teatrının səhnəsində göstərilmişdir. Baş rollarda: H.Sarabski (Əsgər), Ə.Ağdamski (Gülçöhrə), Ə.Hüseynzadə (Soltan bəy), Gülsabah xanım (Cahan xala), M.H.Terequlov (Süleyman), A.Olenskaya (Asya), H.Hüseynov (Vəli). Rejissor: H.Ərəblinski.

Operetta 1938-ci ildə Moskvada Azərbaycan incəsənəti dekadası zamanı göstərilmişdir. İfaçılar: Bülbül (Əsgər), H.Hacıbababəyov (Süleyman), Ə.Hüseynzadə (Soltan bəy), S.Mustafayeva (Gülçöhrə), E.Axundova (Asya), A.Rzayeva (Telli), A.Anatollu və Şaraplı (Vəli), A.Məm­mədova (Cahan xala). Quruluşçu rejissor: İ.Hidayətzadə, rəssam: ltanov. Tamaşanı Səid Rüstəmovun idarəsi ilə Azərbaycan Xalq Çalğı Alətləri Orkestri müşayiət etmişdir.

Əsərin librettosu onlarla dilə, o cümlədən fransız, alman, polyak, ingilis, ərəb, fars, çin, gürcü, bolqar, ukrayna, belorus və digər dünya dillərinə tərcümə olunmuşdur. Rus dilinə tərcümələri: F.Axundov (1917), B.Bas (1938), A.Yakovlev və D.Qlikşteyn (1939), R.Xəlilov və L.Zorin (1952).

1952-ci ildə “Arşın mal alan” Moskvada K.S.Sta­nislavski və V.İ.Nemiroviç-Dançenko adına Dram Teatrında tamaşaya qoyulmuşdur. Quruluşçu: V.Kandelaki, dirijor: İ.Bayn, rəssam M.Çikovani, baletmeyster İ.Arbatov. Rolları ifa edirdilər: R.Behbudov (Əsgər), Q.Lazarenko, Q.Zenkova (Gülçöhrə), S.Qalemba, A.Storikova (Cahan), V.Filimonov (Süleyman), N.Tiliçenko (Vəli), S.Kandelaki (Soltan bəy), O.Borisova (Asya), K.Belensova (Telli).

Operetta həmçinin dünyanın Nyu-York, Paris, London, Sofiya, Berlin, İstanbul, Tehran, Qahirə, Varşava, Pekin və b. bu kimi iri şəhərlərində tamaşaya qoyulmuşdur.

Arşın mal alan” operettası Bakıda 4 dəfə: 1916-cı ildə Belyakov tərəfindən, 1917-ci ildə B.Svetlov tərəfindən, 1945-ci ildə Sabit Rəhmanın ssenarisi əsasında, Niyazinin musiqi redaktorluğu ilə rejissorlar R.Təhmasib və Leşenko tərəfindən, 1960-cı ildə isə M.Dadaşov və T.Tağızadənin ssenarisi əsasında, F.Əmirovun musiqi redaktorluğu ilə rejissor T.Tağızadə tərəfindən ekranlaş­dırılmışdır.

Nəşri:

  1. Arşın mal alan /Əsərləri. I cild.- B., 1964.- S. 181-223.

  2. Əsgərin ariyası “Arşın mal alan” operettasınından [Not]: /Seçilmiş ariyalar, romanslar və mahnı­lar. /Tərtib edəni və redaktoru: Ə.Abbasov, tərcümə edəni: A.Yakovlev.- B., 1975.- S. 10-17.

  3. Arşın mal alan [Not]: Klavir: [Üzeyir dünyası].- B.: Şərq-Qərb. 2008.- 168 s.

  4. Arşın mal alan [Not].- B.: Az.Mus.Nəşr, 1958.- 172 s.

  5. Arşın mal alan [Not].- B.: Orucov qardaşlarının nəşriyyatı, 1917.-72 s. Ərəb əlifbasında.

  6. Arşın mal alan [Not]: Klavir /Musiqi redaktoru: B.İ.Zeydman. Ədəbi redaktor: S.Rəhman.- B.: Azərbaycan musiqi nəşriyyatı, 1948.- 188 s.

  7. Arşın mal alan [Not]: Dörd şəkilli bir operettadır. İkinci təbi.- B.: Orucov qardaşlarının mətbəəsi 1915.- 72 s. (mikrofilm).

  8. Arşın mal alan [Not]: Libretto.- B.: Orucov qardaş­ları mətbəəsi, 1914 (ərəb əlifbası).

  9. Arşın mal alan [Not]: Dörd şəkilli bir operettadır. İkinci təbi.- B., 1916.-58s. (mikrofilm).

  10. Arşın mal alan [Not]: Klavir /Musiqi redaktoru: B.İ.Zeydman. Ədəbi redaktor: S.Rəhman. -B.: Azərbaycan musiqi nəşriyyatı, 1958.- 172 s.

  11. Arşın mal alan [Not]: 4 pərdəli operetta.- B.: Azmusnəşr, 1958.-172s.

  12. Arşın mal alan”dan [Not].- B., 1938.- S. 25-76.

  13. Arşın mal alan [Not].- B.: Az.Mus.Nəşr, 1948.- 188 s.

  14. Arşın mal alan”dan parçalar [Not]: Əsgərin ariyası, Gülçöhrənin naləsi, Vəli ilə Tellinin dueti /SSRİ xalqlarının klassik musiqisi antologiyası. 2-ci buraxılış.- M., 1956.- S. 286-305.

  15. Arşın mal alan” operettasından Gülçöhrənin naləsi [Not] //Ü.Hacıbəyli. “Leyli və Məcnun” və “Arşın mal alan” operettalarından parçalar: fortepiano ilə oxu üçün /Tərcümə edən: M.Artsıbaşev. M., 1938.- S. 25-29;

  16. Əsgərin ariyası “Arşın mal alan” operettasından [Not] /Hacıbəyov Ü. Ariyalar, romanslar və mah­nılar.- M., 1985.- S. 49.

  17. Əsgərin ariyası [Not]: fortepiano ilə oxu üçün.- B.: Azərbaycan musiqi nəşriyyatı, 1962.- 7 s.

  18. Əsgərin ariyası [Not]: Fortepiano ilə skripka üçün transkripsiya M.Reytixə və Q.Burşteynə aiddir //Pyeslər məcmuəsi.- B., 1949.- S.35-37.

  19. Əsgərin mahnısı “Arşın mal alan” operettasından [Not] /Hacıbəyov Ü. Ariyalar, romanslar və mah­nılar.- M., 1985.- S. 60.

  20. Gülçöhrənin naləsi. “Arşın mal alan” operettasından [Not] /Hacıbəyov Ü. Ariyalar, romanslar və mah­nılar.- M., 1985.- S. 45-48.

  21. Musiqili komediyalar [Not].- B., 1959.- S.93-136.

  22. Musiqili komediyanın mövzularına dair fantaziya [Not]: fortepiano ilə skripka üçün /Müəllif: N.A.Karnitskaya. -B.: Azərbaycan musiqi nəşriyyatı, 1939.- 34 s.

  23. Əsgərin ariyası. Seçilmiş ariyalar, romanslar və mahnılar [Not] /Tərtib edəni və redaktoru: Ə.Abbasov. Tərcümə edəni: A.Yakovlev- B., 1975.- S. 10-18.

  24. Süleymanın kupletləri: “Arşın mal alan” operettasından [Not] //Hacıbəyov Ü. Ariyalar, romanslar və mahnılar.- M., 1985.- S. 57-60.

  25. Süleymanın kupletləri: “Arşın mal alan” operet­tasından [Not]: fortepiano ilə oxu üçün /Tərcümə edən: M.Artsıbaşev /Ü.Hacıbəyli. “Leyli və Məcnun” və “Arşın mal alan” operalarından parçalar.- M.: 1938.- S. 30-32.

  26. Üçüncü pərdədən Asyanın rəqsi [Not]: Tar və ya kamança ilə fortepiano üçün.- B.: Azərbaycan musiqi nəşriy­yatı, 1953.- 7 s.

İNSTRUMENTAL MÜŞAYİƏTLİ XOR ƏSƏRLƏRİ

1930

  1. Himn [Not]: Azərbaycanda Sovet Hakimiyyətinin qurulmasının 10 illiyinə həsr olunmuşdur. Xor və simfonik orkestr üçün /Sözləri Ü.Hacıbəylinindir. Premyera – Bakı, 1930.

1934

  1. Kantata [Not]: Ə.Firdovsinin 1000 illiyinə həsr olun­muşdur. Xor və simfonik orkestr üçün. Premyera.- B., 1934.

  2. Qızıl əsgər marşı [Not]: Fortepianonun müşayiəti ilə solist və xor üçün /Sözləri M.S.Ordubadinindir. Tərcümə edəni: Y.Fidler.- B.: Azmuznəşr, 1934.- S. 5-7.

1936

  1. Azərbaycan xalq mahnılarının xor üçün işlənməsi [Not]: Xalq çalğı alətləri ansamblının və ya fortepianonun müşayiəti ilə xor üçün: “Ay bəri bax”, “Gedək gəzək bağçada”, “Aman nənə”, “Nə gözəldir”. Premyera – Bakı, 1936. /Tərcümə edəni: P.Pançenko //Ü.Hacıbəyov. Azərbaycan xalq mahnıları.- B.: Azərbaycan musiqi nəşriyyatı, 1954.- 30 s.

  2. Azərbaycan xalq mahnılarının xor üçün işlənməsi: [Not]: Xalq çalğı alətləri ansamblının və ya fortepianonun müşayiəti ilə xor üçün: “Lo-lo”, “Sən gözəl”, “Ləlli”. Premyera – Bakı, 1936.

1938

  1. Kantata [Not]: Solist, xor, simfonik orkestr və rəqs qrupu üçün /Sözləri S.Rüstəmindir. Premyera – Bakı, 1938; /Tərcümə edəni: İ.Oratovski.- B.: Azərnəşr, 1950.- 10 s.

  2. Ölməz sənətkar [Not]: Fortepianonun müşayiəti ilə xor üçün. M.F.Axundovun anadan olmasının 125 illiyinə həsr olunmuşdur /Sözləri H.Natiqindir. Premyera – Bakı, 1938.

1939

  1. Kantata [Not]: Müasir mövzuya həsr olunmuşdur: Solist, xor, simfonik orkestr və rəqs qrupu üçün. Premyera – Bakı, 1939.

1942

  1. Ey Vətən [Not]: Fortepianonun müşayiəti ilə xor üçün. /Sözləri S.Vurğunundur.

Əsərin yazılma tarixi dəqiq müəyyən olunmamış, eləcə də xorun əlyazmasına təsadüf edilməmişdir. Radio komitəsinin kitabxanasında bu əsərin Azərbaycan radio və televiziyası xorunun (1959) və xor kapellasının (1966) ifasında yazısı mövcuddur //Azərbaycan bəstəkarlarının seçmə xor əsərləri.- B., 1967.- S. 5-10.

  1. Kantata [Not]: Vətən və cəbhə: Solist, xor, simfonik orkestr və rəqs qrupu üçün. /Sözləri Ü.Hacıbəyovundur. Premyera – Bakı, 1942.

  2. Piyadələr marşı [Not]: Fortepianonun müşayiəti ilə xor üçün //Döyüşçü nəğmələri.- B., 1942.- S. 6-8.

  3. Süvari marşı [Not]: Fortepianonun müşayiəti ilə xor üçün //Döyüşçü nəğmələri.- B., 1942.- S. 5-6.

1945

  1. Azərbaycan SSR-in Dövlət Himni [Not]: Xor və sim­fonik orkestr üçün /Sözləri S.Vurğunun və S.Rüstəmindir. Premyera.- B.: Azərnəşr, 1945.

  2. Zəfər himni [Not]: Xor və simfonik orkestr üçün. /Sözləri S.Vurğunundur. Premyera – Bakı, 1945 //Azərbaycan bəstəkarları. Fortepiano ilə qarışıq xor üçün əsərlər.- B., 1951.- S. 5-18.

1946

  1. Azərbaycan SSR-in Dövlət Himni [Not]: Xor və sim­fonik orkestr üçün. /Sözləri S.Vurğunun və S.Rüstəmindir.- B.: Azərbaycan musiqi nəşriyyatı, 1946.- 4 s.

1947

  1. Kantata [Not]: Nizami Gəncəvinin 800 illiyinə həsr olunmuşdur: Xor və simfonik orkestr üçün. /Sözləri S.Rüs­təmindir. Premyera – Bakı, 1947.

1951

  1. Zəfər himni [Not]: Xor və simfonik orkestr üçün /Sözləri S.Vurğunundur. //Azərbaycan bəstəkarları. Fortepiano ilə qarışıq xor üçün əsərlər.- B., 1951.- S. 5-18.

1952

  1. Azərbaycan SSR-in Dövlət Himni [Not]: Xor və sim­fonik orkestr üçün /Sözləri S.Vurğunun və S.Rüstəmindir.- Premyera.- Bakı, 1952, 4 s

1978

  1. Azərbaycan SSR-in Dövlət Himni [Not]: Xor və sim­fonik orkestr üçün /Sözləri S.Vurğunun və S.Rüstəmindir. Premyera.- B.: Azərnəşr, 1978.- 4 s; //İbtidai məktəb və məktəbəqədər tərbiyə, 1978.- №3.- S.3; Sözləri S.Vurğunun, S.Rüstəmin və H.Arifindir //Kommunist (azərb. dilində), 1978.- 20 aprel.

1992

  1. Azərbaycan Respublikasının Dövlət Himni [Not] /Söz. Ə.Cavadındır.- B., 1992.- 2 s.

ORKESTR ƏSƏRLƏRİ



Скачать документ

Похожие документы:

  1. AZƏrbaycanşÜnasliğIN (1)

    Документ
    filologiya elmləri doktoru, professor Naxçıvan Dövlət Universitetinin rektoru Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Gəncə Dövlət Universitetinin rektoru kimya elmləri doktoru, professor Bakı
  2. AZƏrbaycanşÜnasliğIN (2)

    Документ
    Qloballaşma cəmiyyət həyatının bütün sahələrini, o cümlədən sosial-siyasi aspektini əhatə edən çoxsəpkili prosesdir. O milli sosial-iqtisadi qurumları vahid dünya iqtisadi və ictimai sistemi ilə qarşılıqlı surətdə bağlayan ümumdünya hadisəsidir.
  3. QƏDİm azərbaycan diyari

    Документ
    Kitabın nəşrində göstərdiyi köməyə görə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanova, Azərbaycan Respublikası Qəsəbə Bələdiyyələri Assosiasiyasına minnətdarlığımızı bildiririk
  4. Kİtabxana-biBLİoqrafiya təSNİfati (Kütləvi kitabxanalar üçün qısaldılmış variantı). Bakı, 2007. s

    Документ
    Sözügedən vəsaitin tərtib olunmasında və tərcüməsində Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi və C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi fəal iştirak etmişlər.
  5. İqtİsadİ İnkİşaf Nazİrlİyİ (1)

    Документ
    27. Грузия намерена экспортировать азербайджанский газ в Румынию (А лоббируемый Россией проект Nord Stream столкнулся с новыми сложностями). Зеркало, 10.

Другие похожие документы..