Поиск

Полнотекстовый поиск:
Где искать:
везде
только в названии
только в тексте
Выводить:
описание
слова в тексте
только заголовок

Рекомендуем ознакомиться

'Документ'
Поняття дискурсу є одним із основних понять сучасної прагматичної лінгвістики та лінгвістики тексту. Сучасні уявлення про дискурс віддзеркалюють увес...полностью>>
'Диплом'
) Руководитель организации или подразделения (подпись) (Ф....полностью>>
'Документ'
Відповідь: Звичайно, і набагато зручніше. Для електронних документів не потрібні шафи, папки та діркопробивачі. Вам не прийдеться витрачати дорогоцін...полностью>>
'Документ'
Многие скульпторы были живописцами. В ХХ столетии к холстам и краскам охотно приникали Майоль и Джакометти. Великий Роден был создателем быстрого, по...полностью>>

L naziRLİYİ baki slavyan respublikasi

Главная > Документ
Сохрани ссылку в одной из сетей:

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI SLAVYAN RESPUBLİKASI

­­­­­­­­­­­­­­

AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 86-CI İLDÖNÜMÜNƏ

HƏSR OLUNMUŞ «KİTABİ-DƏDƏ QORQUD»

«NİBELUNQLAR HAQQINDA NƏĞMƏ» MÖVZUSUNDA

TƏLƏBƏ-ŞAGİRD ELMİ KONFRANSININ

TEZİSLƏRİ

ТЕЗИСЫ

СТУДЕНЧЕСКО-УЧЕНИЧЕСКОЙ НАУЧНОЙ КОНФЕРЕНЦИИ

НА ТЕМУ «КНИГА МОЕГО ДЕДА КОРКУТА» И «ПЕСНЯ О НИБЕЛУНГАХ», ПОСВЯЩЕННОЙ 86 - ЛЕТИЮ СО ДНЯ РОЖДЕНИЯ

ОБЩЕНАЦИОНАЛЬНОГО ЛИДЕРА АЗЕРБАЙДЖАНСКОГО НАРОДА

ГЕЙДАРА АЛИЕВА

BAKI-2009

TƏŞKİLAT KOMİTƏSİ

Prof. K.M.Abdullayev

BSU-nun rektoru (sədr)

Dos. M.A.Əliyev

BSU-nun elmi işlər üzrə prorektoru

(sədr müavini)

Dos. O.Ə.Səmədov

BSU-nun tərbiyə işləri üzrə prorektoru

Dos. İ.Ə.Babayev

Filologiya fakültəsinin dekanı

Dos. S.H.Həsənov

Tərcümə fakültəsinin dekanı

Dos. E.R.Piriyev

Pedaqoji fakültəsinin dekanı

Dos. A.Ə.Rəcəbli

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı

Prof. T.H.Cəfərov

BSU-nun Humanitar liseyinin direktoru

A.Bakixanova

Bakı şəhəri, 190 saylı orta məktəbin direktoru

M.A.Mehtixanov

Cəbrayıl rayonu, 10 saylı orta məktəbin direktoru

M.Abbasov

Laçın rayonu, Dambulaq kənd orta məktəbinin direktoru

Heydərov H.H.

Ağsu rayon, Ərəb Mehdibəy kənd orta məktəbi

DİLÇİLİK

ЯЗЫКОЗНАНИЕ

Abbaslı İlahə Məhərrəm qızı

Bakı şəhəri 190 saylı məktəb, VIID

Elmi rəhbər: b.m.Qafarov N.S.

KİTABİ-DƏDƏ QORQUD” DASTANLARINDA İŞLƏNƏN ATALAR SÖZLƏRİ

Təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının möhtəşəm və əzəmətli tarixini yaşadan, onu bu günümüzə qovuşduran ulu sənət nümunələrindən biri həm də birincisi “Kitabi-Dədə Qorqud” eposudur. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır. “Kitabi-Dədə Qorqud” monumental sənət abidəsi, söz gövhəri, bəşəri bir “Oğuznamə”dir. Hər bir misrasında dərin məna, qiymətli bir xəzinə olan bu abidənin daim tədqiq edilməyə, üzərində araşdırmalar aparılmağa ehtiyacı vardır.

Eposun yaradıcısı Dədə Qorquddur. Dastanın boyları onun dilindən söylənilir və onun xeyir-duası ilə bitir.Əsərin müqəddiməsində Qorqud atanın dilindən verilən müdrik sözlər silsiləsi ─ atalar sözləri kimi qəbul edilə bilər. Çünki bu sözlər hansısa bir hadisə və əhvalatların məntiqi nəticəsidir. Məs.:

Ölən adam dirilməz.

Çıxan can geri gəlməz.

Oğul atanın yetiridir,

İki gözünün biridir.

Dədə Qorqud dilindən təqdim olunan atalar sözlərini belə qruplaşdırmaq olar:

a) Ailə - məişət, övlad – valideyn münasibətləri əsasında çıxarılan nəticələr:

“Qız anadan görməyincə, öyüd almaz”.

“Baba malından nə fayda, başda dövlət olmasa”.

“Yad oğlu saxlamaqla oğul olmaz, böyüyəndə salur gedər, gördüm deməz”

“Oğul kimdən olduğunu ana bilər”.

b) Təbiət hadisələrinin gedişi əsasında çıxarılan nəticələrin bədii ifadəsi:

“Ulaşuvan sular taşsa, dəniz tolmaz”.

“Yapa-yapa qarlar yağsa, yaza qalmaz”.

“Kül təpəcik olmaz”.

“Əski pambıq bez olmaz”.

c) Heyvanlara münasibət əsasında çıxarılan

“Qara eşşək başına üyək ursan, qatır olmaz”, “Yeddi dərə qoxuların dülki bilür”, “Dünlə karvan keçdükin torağay bilür”.

“Ayrı-ayrı yollar izin dəvə bilür”.

ç) İgidlik, mərdlik-namərdlik əsasında çıxarlan nəticələrin bədii ifadəsi:

“Çala bilən yigidə oxla qılıncdan bir çomaq yeg”.

d) Digər həyatı məsələlərə aid nəticələr:

“Gəfil başın ağrısı beyin bilür”.

“Ögünməklə örət ər olmaz”.

Abbaslı Səyyarə Məhərrəm qızı

Bakı şəhəri 190 saylı məktəb, VIIIE

Elmi rəhbər: baş müəllim, Qafarov Namiq Saleh oğlu

Bakı Slavyan Universiteti

KİTABİ-DƏDƏ QORQUD” DASTANLARINDA RƏNG SİMVOLİKASI

“Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının şah əsəri, ana kitabıdır. Bu kitab xalqın varlığını, mənşəyini, adət-ənənələrini dolğun şəkildə əks etdirir. Biz bu işimizdə “Kitabi-Dədə Qorqud” dastanında işlənən rəng simvolikasından danışacağıq.

Rəng inamlar, yaşayış, təfəkkür tərzi ilə bağlıdır, rənglər zaman və məkan anlayışları ilə bağlılığı dastanda diqqəti cəlb edir.

I. Qara (Kara) ─ saç, baş, təkur, arslan, dırnaq, qan, qaş, saqqal, qoyun, köpək, ayğır, qoç, buğa, donuz, quş, qaz, dağ, yer, yol, dərə, gör, otaq, keçə, qovurma, qılıc sözlərinin təyini kimi özünü göstərir.

Məs.: Dirsə xanı qarşuladular, qara otağa qondurdular, qara keçə altına döşədilər. Qara yerin üstinə ağ ban evin dikdirmişdi. Qara şayqalu təkura səlam verdi.

Burada bir məqamda var. “Dirsə xanın oğlu Buğacın boyu”nda oğlu olanın ağ çadırda, qızı olanın qırmızı çadırda, oğlu-qızı olmayanın qara çadırda oturdulması rənglərin mərasimlərdəki əhəmiyyətidir. Bu boydan görürük ki, “ağ otaq” ən şərəfli insanların otağıdır. Dastanda qara rəng aşağı yerin rəngini ifadə edir. Bu qonağın altına döşənəcək keçədə və yeməklərdə də özünü göstərir.

II. Ağ ─ “Kitabi-Dədə Qorqud” da saqqal, birçək, süd, əllər, boyun, ət, üz, don, məlik, alın, bilək, qoyun, sunqur, ev, işıq, tut, otaq, orman, qar, saz, qaya, meydan, ələm sözlərinin təyini kimi işlənir.

Məs.: Ağ saqallu pir-qocalar yanına bıraqdı. Ağ biləglərini sığadı.

III. Göy (Gök) ─ “Kitabi-Dədə Qorqud”da mavi, yaşıl anlamlarında işlənmişdir.

Məs.: Gök bədəvisin tutdurdı, Qaragünə bindi.

IV. Qızıl ─ “Kitabi-Dədə Qorqud”da qırmızı, parlaq mənasında yanaq, dəvə, otaq, qafdan, xına, altun kəlmələrinin təyini kimi çıxış edir.

Məs.: Qatar-qatar qızıl dəvələrini yetdilər.

V. Sarı ─ rəng mənasında soğan, geyim, gön, don sözlərinin təyinidir.

Məs.: Sarı tonlu Selcan xatun köşkdən baqar.

VI. Boz ─ boz, çal mənasında ox və aygır sözlərinin təyini kimi, bozar turqay, boz atlı birləşmələrində rast gəlinir.

Məs.: Boz oğlan babasının evinə gəldi. Boz ayğırın çəkdi, Beyrək bindi.

Allahquliyeva Turanə Novruz qızı

Bakı Slavyan Universiteti

(Filologiya fakültəsi, II kurs)

Elmi rəhbər: baş müəllim Qafarov Namiq Saleh oğlu

Bakı Slavyan Universiteti

KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA TOPONİMLƏR

Oğuz türklərinin tarixini əks etdirən “Kitabi-Dədə Qorqud” yüksək bəşəri ideallar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmuşdur. Biz bu kiçik araşdırmamızda “Kitabi-Dədə Qorqud” dastanında işlənən toponimlərə (yer adları) nəzər salacağıq. Toponimlər – onomastikanın toponimləri və onların meydanagəlmə qanunauyğunluqlarını, inkişafını, dəyişməsini, funksiyasını, leksik-qrammatik xüsusiyyətlərini və s. öyrənən ən geniş şöbəsidir. “Toponim” yunan sözü olub, “topos” (yer, vilayət, ölkə, məkan deməkdir) və “onom” (ad) sözlərindən əmələ gəlmişdir, coğrafi obyektlərin xüsusi adları mənasında işlənir. “Toponimika”nı “toponimlər (cоğrafi adlar) haqqında elm də adlandırmaq olar. Toponimlər rəsmi xarakter daşıyır. Onlar da antroponimlər kimi meydana gəlir, yaşayır, bəzən dəyişir, bəzən də ölüb gedir. Hər xalqda belə adlara rast gəlmək mümkündür.

“Kitabi-Dədə Qorqud” dastanında işlənən toponimləri müxtəlif cəhətdən təhlil etmək olar. Bu dastanda işlənən toponimlərin coğrafi dairəsini müəyyənləşdirmək tamamilə mümkündür. Ümumiyyətlə dastanda işlənən toponimləri iki qrupa ayırmaq olar:

I qrup: Azərbaycanın hüdudlarında olan toponimlər: Oğuz eli, Qazlıq, Sürməli, Qayı və s.

II qrup: Azərbaycanın hüdudlarından kənarda olan toponimlər: Rum eli, Trabzon, Dərbənd, Gürcüstan, Aya Sofya və s. digər yer adları bu qəbildən sayılır.

Maraqlıdır ki, “Kitabi-Dədə Qorqud” dastanında qondarma, uydurma, süni toponimlərə rast gəlinmir. Dastanda olan toponimlərin əksəriyyəti indi də Azərbaycan ərazisində vardır. Aşağıda “Kitabi-Dədə Qorqud”da işlənən toponimlərin bəzi nümunələrini göstərə bilərik:

Türküstan eli – toponimdir, türk mənşəlidir, türklərin yaşadığı əraziyə deyilir.

Rum eli – toponimdir, alınmadır, indiki Türkiyə nəzərdə tutulur.

Trabzon, Şam, İstanbul, Gürcüstan, Dərbənd və.s. kimi toponimlər dilimizdə eynilə qalmaqdadır. Məkkə, Mədinə kimi toponimlərin adı çəkilməsi Kitabi Dədə Qorqudun islamla səsləşdiyini göstərir.

Azərbaycan toponimlərinin öyrənilməsi baxımından «Kitabi-Dədə Qorqud» çox qiymətli bir dastandır.

Aьayev Fяrid

Bakı Slavyan Universiteti

Humanitar liseyinin Xa sinif sagirdi

Filologiya fakцltяsinin IVkurs Ramazanova Əsmər

Elmi rяhbяr: Яhmяdova Ş.

KİTABİ-DƏDƏ QORQUD” DASTANLARININ DİLİNDƏKİ

SABİT SÖZ BİRLƏŞMƏLƏRİ - FRAZEOLOGİZMLƏR

Oьuzlar юlkяmizin яrazisindя eradan чox-чox яvvяl mяskяn salmışdılar. Dastanların dili Orxon-Yenisey kitabяlяrinin dili ilя sяslяşir. Qaman-şaman яnяnяlяri vя ozan sяnяtinin zirvя mяrhяlяsi hesab etmяk olar...” Dяdя Qorqud” nяsri чox tutumludur. Sonrakı dastanlarda mцşahidя etdiyimiz bol-bol tяsvirlяr, sюzdяn qяnaяt hissi olmadan istifadя, artıq epizodlar, uzun-uzadı tяhkiyяlяr bu abidяdя yoxdur. Burada sюzlяrin yeri son dяrяcя sıx, mяnası чox zяngindir. Hяr bir dilin milli orиjinallıьı daha чox onun tarixяn dilçilikdя tяsadцf olunan qanunların izinin mцasir dildя rast gяlinmяsindяdir. Bu cяhяtdяn “Kitabi-Dяdя Qorqud“ dilindяki sabit vя sяrbяst birlяşmяlяrini юyrяnmяk maraqlıdır.

Bu sahяdя dastanın dilini dяrindяn tяdqiq etmiş B.Чobanzadя, F.Ağazadя, C.Cяfяrov, S.Murtuzayev, M.Paşayev, Y.Seyidov, Z.Budaqova, M.Adilov vя başqalarının rolunu qeyd etmяk lazımdır. Abidяdяki frazeologizmlяrin чoxuna atalar sюzlяrindя, daşlaşmış ifadяlяrdя tяsadцf edilir. Bu cяhяtdяn bяzi frazeologizmlяr юz ilkin mяnalarını itirmiş, yeni mяna чaları qazanmış, ya da tamamilя arxaiklяşmişdi. Buna baxmayaraq, abidяdяki nцmunяlяrin чoxu tцrk dillяrindя hal-hazırda юz işlяkliyini saxlamaqdadır. «Kitabi-Dяdя Qorqud» dastanının dili onunla bir dюvrdя yarana bilяcяk яn mцkяmmяl, kamil yazılı яdяbiyyat nцmunяsidir.  

Əzizova Rəfiqə Oqtay qızı

Bakı şəhəri 132 saylı məktəb, XB

Elmi rəhbər: baş müəllim Qafarov Namiq Saleh oğlu

Bakı Slavyan Universitet

KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA LEKSİK YOLLA SÖZ YARADICILIĞI

“Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının mükəmməl söz xəzinəsinin bir nümunəsidir. “Kitabi-Dədə Qorqud” dastanının dili ana türkçəmiz kimi qədim və müasirdir, mükəmməl və yetkindir. “Kitabi-Dədə Qorqud” dastanında söz yaradıcılığı üç üsulla əmələ gəlmişdir:

1. Leksik yolla

2. Morfoloji yolla

3. Sintaktik yolla

Leksik yolla sözlərin əmələgəlmə prosesi morfoloji və sintaktik üsuldan əsasən, sadəliyi etibarilə fərqlənir. Leksik yolla sözlərin əmələgəlmə prosesinin mahiyyəti ondan ibarətdir ki, sözlər dilə hazır şəkildə daxil olur: dialektlər hesabına, yeni məna kəsb etmək hesabına, alınmalar hesabına.

Dastanın dilində elə sözlərə rast gəlinir ki, onlar müasir dilimizlə müqayisədə başqa mənalar kəsb etmişdir.

Ağır” sözü. Ağır sancaq götürəndə müsəlmanlar arxası olsun. Bu nümunədə “ağır” sözü əziz, ulu mənasında işlənmişdir.

Bu söz danışıq dilində “hörmətli” mənasında işlənir. Məs.: İsgəndər kişi ağır adamdır. Atalar sözündə (Ağır otur, batman gəl) həmin mənada işlənmişdir.

Al” sözü dastanın dilində hiylə, məkr, qırmızı (rəng) mənalarında işlənmişdir. Məsələn, Namərd tayın al eyləmiş. Burada “al” hiylə mənasında işlənmişdir. Cəmi yanında olan qızlar al geymişlərdü, kəndü sarı geymüş idi. Burada “al” sözü qırmızı mənasında işlənmişdir.

Bəbək” sözü dastanın dilində uşaq mənasında işlənmişdir. Məsələn, Anun bəbəkləri yetsün. Müasir dilimizdə “bəbək” sözü göz mənasında işlənməkdədir.

Bundan başqa dastanın dilində müasir dilimiz üçün arxaik sözlərə də rast gəlirik. Alp, arı, becid, duş, ban, dügün və s. Bu sözlər müasir dildə işlənməsə də dialektlərdə qorunub saxlanmışdır.

“Dədə Qorqud” kitabının dilində çoxlu sayda ərəb-fars mənşəli sözlərə də rast gəlirik. Məsələn, ərməğan, məsləhət, Allah, adəm, peyğəmbər, əleyhissəlam və s.

Nümunələrdən yəqin etdik ki, dastan islamdan əvvəl və onun ilkin çağlarında yaranmışdır. Belə nəticəyə gələ bilərik ki, min il bundan əvvəlki Azərbaycan dili ilə müasir Azərbaycan dili arasında qrammatik quruluşca köklü fərq olmamışdır.

Əliyeva Könül Səxavət qızı

Bakı Slavyan Universiteti

Filologiya fakültəsinin II kurs tələbəsi

Elmi rəhbər: dos. Novruzova N.S.

KİTABİ-DƏDƏ QORQUD”DA ELLİPTİK CÜMLƏNİN

MƏTNYARATMA XÜSUSİYYƏTLƏRİ

Hər bir xalqın düşüncə tərzi, təfəkkür səviyyəsi, tarixi dəyəri ilk növbədə onun sözü ilə ölçülür. Bu sözü isə “Kitabi-Dədə Qorqud” sübut edir. Bu abidə təkcə bədii təfəkkürümüzün möhtəşəm abidəsi deyil, həm də mifik, tarixi, coğrafi, etnoqrafik, əxlaqi görüşlərimizin ən mötəbər qaynağı, ana dilimizin kitabıdır. Bizim ictimai təfəkkürümüzün də, mədəni ənənələrimizin də, milli xarakterimizin də kökləri “Kitabi-Dədə Qorqud”la bağlıdır.

Cümlədə buraxılmış üzvləri situasiyaya, mətnə, cümləni təşkil edən üzvlərin forma və məzmununa əsasən bərpa oluna bilən cümlələrə yarımçıq cümlələr deyilir. Ümumiyyətlə yarımçıq cümlələr sadə və mürəkkəb, cüttərkibli və təktərkibli, müxtəsər və geniş olmaqla hər cür cümlələrə aiddir.

“Kitabi-Dədə Qorqud”un dilində cüttərkibli cavab yarımçıq cümlələr daha çox ədatların köməyi ilə düzəlir.Əsasən də “-mı” ədatı ilə düzələn elliptik cümlələr daha çox sual cümləsinin mənasının qüvvətləndirir. Məsələn:

Xan qızı, yerimdən durummu?

Yaxandan – boğazından tutummu?

Qaba dizimin altına salımmı?

Böyük, iti, polad qılıncım əlimə alımmı?

Öz gövdəndən başını kəsimmi?

Can şirinliyini sənə bildirimmi?

Göstərilən parçada“mən” əvəzliyi, yəni mübtəda buraxılmışdır.

Elliptik cümlələr ilk baxışda adlıq cümlələrə bəzəyir.Bunların oxşar cəhətləri ondan ibarətdir ki, hər ikisində xəbər olmur və bu üzvün iştirakına ehtiyac da hiss edilmir. Bunlarla bərabər onların fərqli xüsusiyyətləri də vardır ki, elliptik cümlələrdə buraxılmış üzvü və ya üzvün bir hissəsini mətnə, yaxud cümlənin öz məzmununa görə müəyyənləşdirmək olur.

Elliptik cümlələrin buraxılmış xəbəri ən çox feli, qismən də ismi olur. Elliptik buraxılmada xəbərin məlum olanı ifadə edən hissəsi intonasiya ilə əvəzlənir.

Belя cümlələrdə xəbər demək olar ki, olmur. Xəbər struktur, semantik cəhətdən fərqlənən aşağıdakı tip cümlələrdə elliptik xarakter daşıyır.

1.Atalar sözlərindən ibarət olan cümlələrdə xəbərin ellipsisi: at ayağı iti, ozan dili çevik olur.

2.Əmr, çağırış xarakterli cümlələrdə xəbərin ellipsisi.

3.Arzu mənalı cümlələrdə xəbərin ellipsisi.

Sintaktik uyğunluqlar əsasən “Kitabi Dədə Qorqud”dakı cümlə quruluşuna uyğun gəlir:Ağ meydanın ortasında baxdı, durdu. Buğa dəxi oğlana sardı gəldi (səh.36).

Яmircanlı Söhrab 10 A

Bakı şəhəri 190 sayli mяktяb

DƏDƏ QORQUD” DASTANLARINDA LEKSİK VAHİDLƏR

“Dədə Qorqud” dastanlarının əlamətdar xüsusiyyətlərindən biri də budur ki, dastanlar nəzm və nəsr birləşməsindən ibarət olmaqla bərabər, şifahi ədəbiyyatın müxtəlif janrları ilə əlaqədar növlərini də qismən əhatə etmiş olur. Buna görə də dastanlarda nəğmələr, bayatılar, atalar sözləri, tapmacalar, ağılar, nağıllar adətən dastanların üzvi tərkib hissəsini təşkil edir. Burada elə üzvi birləşmə olur ki, bunları hissələrə parçalamaq mümkün deyildir, lakin bununla bərabər nəzərə almaq lazımdır ki, bu və ya digər dastanın yaradılmasında dildən-dilə təkmilləşdirilməsində şifahi ədəbiyyatın əvvəllərdən formalaşmış vahidlərindən istifadə olunur. Məhz bu baxımdan “Dədə Qorqud” dastanlarının quruluşu ayrı-ayrı boylarının janr və üslub xüsusiyyətləri, dilinin əlamətdar cəhətləri, xüsusilə diqqəti cəlb edir.

“Dədə Qorqud” dastanları məhdud bir zaman daxilində birdən-birə yaradılmış dastanlar deyilir. Bu dastanlar ümumiyyətlə, türkdilli tayfalar arasında, xüsusən 22 tayfadan ibarət olan oğuzlar arasında da daha əvvəlki dövrlərdə dədələr, ozanlar tərəfindən qoşulub söylənilmiş, dillər əzbəri olaraq nəsildən-nəsilə keçib yayılmış dastanlardır.

Nəzərə almaq lazımdır ki, bu dastanların dilində danışan oğuzlar hələ VII-VIII əsrlərdən əvvəl orta Asiyada köçəri həyat sürən, müxtəlif tayfalarla o qədər də qaynayıb-qarışmamış olan nisbətən daha saf qəbilə halında yaşayan əvvəlki oğuzlardan fərqlənən oğuzlardır; bu oğuzlar hələ VI-VII əsrlərdən, bəlkədə daha əvvəllərdən Qafqaza gəlmiş, həm türkdilli, həm digər dilli yerlilərlə qaynayıb-qarışaraq dəyişən və yeni keyfiyyəti ilə azərbaycanlıların tərkib hissəsinə çevrilmiş olan oğuzlardır.

Dilçilik baxımından yanaşdıqda kitabın çox gözəl keyfiyyətləri üzə çıxır. Hal-hazırda dilimiz üçün səciyyəvi olan bütün terminlərə aid ifadələr bu kitabda mövcuddur. Bu ifadələr ozünəməxsus şəkildə öz ifadəsini tapır.

Bizim nitqimiz ayrı-ayrı cümlələrdən deyil mətnlərdən qurulur. Deməli dilin müstəqil və mühüm vahidi kimi mətnin yaranmasının ümumi qanunauyğunluqları mövcuddur. Mətn sintaksisi həmin qanunauyğunluqları öyrənir. N.Novruzovun fikirlərinə istinad edərək qeyd etmək olar ki, mətnlər böyük və kiçikliyindən asılı olaraq 2 qrupa ayrılır: 1.Makromətnlər, 2.Mikromətnlər.

Makromətn - əlaqəli nitqin elə böyük hissəsidir ki, bir neçə mikromətndən əmələ gəlir, özündə məna, kommunikativ, quruluş, kompozisiya və qrammatik bütövlüyü birləşdirir.

Mikromətn - əlaqəli nitqin o hissəsidir ki, daha kiçik mətnlərə ayrılmır və mütləq bir neçə cümlənin kommunikativ, quruluş, kompozisiya və qrammatik birliyindən ibarətdir.

Mətn daxilində təkrarlar özünü qabarıq şəkilkdə göstərir. N.Novruzovanın fikrincə təkrarlar sintaktik birləşmənin komponentlərini əlaqələndirən vasitələrdəndir. Mikromətnlərin qapanmasında, ötürülməsində leksik və qrammatik təkrarlar aparıcı rol oynayır. Leksik təkrarlarda mətn daxilində sözlər, qrammatik təkrarlarda isə söz birləşmələri və cümlələr təkrar edilir.

Leksik təkrarlar leksik səviyyəsində olan təkrarlardır. Bu təkrarlar cümlə və ondan böyük vahidlər çərçivəsində qeydə alınır. Bundan başqa təkrarın hansı vahidinin tərkibində işlənməsinə görə qruplaşdırılır.Ən kiçik mətn cümlədir. Bu baxımdan cümlə daxilində işlənən leksik təkrarlar adlandırılması özünü doğruldur.

Cümlə daxilindəki leksik təkrar onun semantik baxımdan gərgin nüvəsini üzə çıxarır və cümlədə intonasiyanı şərtləndirir. Cümlə daxilindəki təkrar - sadə təkrar yalnız leksik vahidin təkrarı kimi qəbul oluna bilməz. Eyni sözün müxtəlif hal şəkilçiləri ilə təkrarı da mətndə işlənir.

K.Abdullayevin də təkrar bəhsində maraqlı fikirlər var. Onun fikrincə mətndə özünü göstərən təkrarlar spesifik bir sistem yaradırlar. Belə ki, burada təkrarların ən müxtəlif struktur növlərinə rast gəlmək mümkündür və özünün struktur mürəkkəbliyindən və sadəliyindən asılı olmayaraq təkrar prinsip etibarilə mətn bütövlüyünə xidmət edən çox möhkəm, sementvari bir üsul kimi üzə çıxır.

“Kitabi-Dədə Qorqud”un dilində nəzərə çarpan dərəcədə fonetik təkrarlardan istifadə edilmişdir. Məsələn:

“Xanlar xanı Bayandur oğlana bəylik verdi, taxt verdi, Dədəm Qorqud boy boyladı, soy soyladı”.

Burada B və S səsləri təkrar olunur.

“ O zamanda bəylərin alqışı alqış, qarğışı qargış idi. Duaları müstəqab olurdu”.

Kamil Vəliyevin fikirlərinə istina edərək qeyd edərdim ki, boylarda işlənən təkrarlar mətnin sadə gözəlliyini artırır, paralel konstruksiyaların bir-birinə bağlanmasında mühüm rol oynayır. Təkrarların bu qədər fəallığı şer sistemi ilə bağlıdır ki, bu zaman təkrarın ifadə etdiyi funksiyalar daha da mürəkkəbləşir.

“Kitabi-Dədə Qorqud”un dilində fonetik və qrammatik təkrarlara nisbətən leksik təkrarlar daha çox üstünlük təşkil edir.

“Kitabi-Dədə Qorqud”un dilində qrammatik təkrarların da xüsusi yeri vardır. Qrammatik təkrar dedikdə söz birləşmələrinin və cümlələrin təkrarı nəzərdə tutulur. Qrammatik təkrarları sintaktik təkrarlar da adlandırırlar.

“Qanturalı adı görklü Məhəmmədə salavat gətirdi. Buğanın alnına bir yumruq elə vurdu ki, buğayı beli üzərinə çökürdü. Alnına yumruğun elə vurdu ki, sürdi meydanın başına çıxartdı”.

Burada “alnına yumruğu elə vurdu ki” təkrar olunur. Mürəkkəb cümlənin tərkib hissəsi kimi cıxış edir.

Zəngin abidəmiz sayılan “Kitabı-Dədə Qorqud” dastanının dilində təkrarlar o qədər zəngin şəkildə işlənmişdir ki, onu asanlıqla seçib ayırmaq mümkündür.

Əmirli Əyyub

Bakı şəhəri 190 №li məktəbin 10a sinif şagirdi

«KİTABİ-DƏDƏ QORQUD» DASTANINDA KİŞİLƏRƏ VERİLƏN

LƏQƏBLƏR VƏ TİTULLAR

XIX əsrin I rübündən, dünyanın mədəni ictimaiyyətinə məlum olan gündən «Dədə Qorqud Kitabı» heç vaxt elmin diqqətindən kənarda qalmayıb. Hətta keçən əsrin 50-ci illərinin əvvəllərində bu Ana kitabımız öz Vətəni Azərbaycanda və bütövlükdə sovet türkologiyasında öyrənilməsi yasaq olunanda belə dünya miqyasında onun öyrənilməsi fasilə vermədi.

«Kitabi-Dədə Qorqud» təkcə bədii təfəkkürümüzün möhtəşəm abidəsi deyil, həm də Azərbaycan Türklərinin mifik, tarixi, coğrafi, etnoqrafik, əxlaqi görüşlərin ən mötəbər qaynağı, ana dilimizin ən ulu kitabıdır.

Dastanda Dədə Qorqud el ağsaqqalıdır. Elin heç bir xeyri, şəri onsuz olmurdu.

Dastanda geniş yayılmış motivlərdən biri də advermə mərasimidir. Dədə Qorqud anadan olan uşağa ad, igidliyə, hünərə görə yeniyetmələrə isə xüsusi adlar-ləqəblər verirdi. Ad alan hər bir uşaq yaxud yeniyetmə nəinki cəmiyyətin bərabərhüquqlu üzvünə çevrilir, həm də adına görə yaşamalı olur.

«Dədə Qorqud» Oğuznaməsində adı çəkilən müsbət kişi-insan şəxsiyyət­lə­rindən hər birinin adı ilə ən azı bir boy bağlanmışdır. Kimdir bu qəhrəman-sərkərdə insanlar? Bunlar yaşlı, orta və cavan nəsildən ibarət qəhrəmanlardır. Yaşlı nəslə bunlar daxildir: Qazan xan, Qaragünə (Qarabudağın atası), Qəflət Qoca (Şirşəmsəddinin atası), İlək Qoca (Dilək, Uran və Alp Ərənin atası), Baybörə (Beyrəyin atası), Baybican (Dəli Qarçarın və Banu Çiçəyin atası), Qanlı Qoca (Qanturalının atası), Qaraçəkur (Qırqqınığın atası), Uşun Qoca (Səgrək və Əgrəyin atası), Dözən (Alp Rüstəmin atası), Qılbaş Ənsə Qoca (Oqçunun atası).

Bu adlarda cavan qəhrəmanların «Dəli» ünvanın qarşılığıdır-cavan igidlərə Dəli Dondar, Dəli Domrul deyildiyi kimi, sərkərdəliyi püxtələşmiş Oğuz qəhrəmanlarına da Qəflət Qoca, Qazılıq Qoca və s. deyilmişdir. Buna görə də «Qoca» sözünü yaş göstəricisi kimi yox, adın tərkib hissəsi olaraq qəbul etmək və baş hərflə yazmaq daha münasibdir. Bu ünvanın Qazan xana aid edilməsi, görünür, onunla izah olunmalıdır ki, onun «bəylərbəyi» titulu həmin «Qoca» keyfiyyətini içinə almış olur.

«Dədə Qorqud» dastanında kişilərə verilən ləqəb və titulların açıqlaması:

Alp Ərən-Salur Qazanın evi yağmalandığı boyda adı çəkilən Oğuz qəhrəmanlarından biri İlək qoca oğlu Alp Ərəndir. Alp Ərən qədim türk dilində «igid», «qəhrəman döyüşçü» mənasını ifadə edir.

Aruz, at ağuzlu Aruz Qoca-Taş Oğuz bəylərinin başçısı. «Kitabi Dədə Qorqud»da «Altmış erkəc dərisindən kürk eyləsə topuqlarını örtməyən qolu-budu xırancə: uzun baldırları incə, Qazan bəyin dayısı at ağızlu Aruz Qoca» - deyə əski türk dastan qəhrəmanlarına xas biçində təsvir olunur.

Bamsı Beyrək, Baybörənin Oğlı Bamsı Beyrək – gənc oğuz qəhrəmanlarından biri. «Kitabi Dədə Qorqud»da əsas personaj kimi iki boyun təsvir etdiyi hadisələrin iştirakçısıdır. Baybörəbəyin oğlu, Salur Qazanın inaqıdır. Dədə Qorqud ona ad qoymazdan əvvəl Bamsı ləqəbi daşıyırdı. Qəhrəmanlıq göstərəndən sonra Dədə Qorqud ona Beyrək adı verir.

Bəy - Əski türk cəmiyyətində bir zadəgan titulu. El (dövlət) və kün (xalq) qarşısında yüksək xidmətlər göstərən şəxslərə dövlətin birinci adamı tərəfindən verilirdi. Bəy titulu irsi idi və atadan oğula keçirdi. «Kitabi-Dədə Qorqud» dastanında da bunun izləri qorunub qalmışdır.

Qamğan Oğlu Xan Bayındır Xanlar Xanı Xan Bayındır – «Xanlar xanı», «Padşah» titulu Bayandır xanın Qamğan Oğlu adlanması buna dolayı bir göstəricidir, çünki «Qam» qədim türklərdə kahin, «Qan» isə ata deməkdir.

Sultan - «xaqan, xan bəy» mənaları ifadə edir. «Kitabi Dədə Qorqud» boylarında müxtəlif yerlərdə işlənir.

«Dədə Qorqud» dastanlarında oğul adları səslənməsinə görə ata adları ilə uzlaşdırılır. Məsələn: Qanlı Qoca oğlu Qanturalı, Duxa Qoca oğlu Dəli Domrul, Qaragünə oğlu Qarabudaq, Yalançı oğlu Yalıncıq, Baybura oğlu Beyrək və s.

Advermə köçəri türk mədəniyyətində bütöv bir sistemdir. Ad yaş kateqoriyasından asılı olaraq dəyişir. Deməli, ad həm yaşla, həm də sosial statusla bağlı olaraq dəyişir.

«Kitabi-Dədə Qorqud» dastanlarında kişilərə verilən ləqəblər və titullar motivi dastan ənənəsində qəhrəmanın epik bioqrafiyasını tamamlayan magik xeyir-duadır.

Əkbərov Fərhad Şahin oğlu

Bakı Slavyan Universiteti

Jurnalistika şöbəsi, II kurs

Elmi rəhbər: fil.e.d., prof. Nizami Məmmədov

KİTABİ-DƏDƏ QORQUD” ENSİKLOPEDİYASININ

STRUKTURU VƏ MƏZMUNU

“Kitabi-Dədə Qorqud” abidəsiнин türk xalqlarının, eləcə də xalqımızın etnik-milli düşüncəsinin, mənəvi əxlaqi dəyərlərinin, folklor nümunələrinин формалашмасында rolu böyük olmuşdur. Bu abidə bütün türk dünyasının, habelə ayrı-ayrı türk xalqlarının həyatını, məişətini, tarixini özündə əks etdirir. Bu nöqteyi-nəzərdən Azərbaycanda abidənin öyrənilməsilə bağlı bir sıra simpo­zium­lar, konfranslar keçirilmiş və nəhayət 2000-ci ildə 2 cilddən ibarət olan “Kitabi-Dədə Qorqud” ensiklopediyası nəşr edilmişdir. Birinci cildə abidənin daha qədim vя mükəmməl sayılan Drezden nüsxəsi əsasında latın qrafikası ilə hazırlanmış mətni daxil edilmişdir. Mövcud mətnə izahlı lüğət yazılmışdır. Cilddə mətnin tərtib prinsipləri, dastanın lüğət tərkibi, semantik xüsusiyyətləri, orfoqrafiya sistemi haqqında məqalələrin verilməsi mətnin daha yaxşı başa düşülməsinə kömək edir. İkinci cild isə birbaşa ensiklopedik səciyyəli məqalə və məlumatları əhatə edir. Məqalələrin məzmunu tarixi, fəlsəfi, etik, estetik dəyərlərin açılmasına kömək edir. II-ci cilдdə dastanda çoxsaylı obrazların daşıdıqları adların etimoloji baxımdan öyrənilməsi, abidəni əhatə edən onlarla toponimlərin müəyyənləşdirilib şərh edilməsi kimi məsələlər də diqqətdən kənar qalmamışdır. Yeri gəlmişkən, bu abidənin yayıldıgı areal, toponimlər və bir sıra cəhətlər abidənin Azərbaycanla birbaşa baьlılığını sübut edir. Bu cilddə həmçinin “Kitabi-Dədə Qorqud’’un təd­qiqi ilə məşğul olan alimlər haqqında qısa bioqrafiq xarakterli məlumatlar ve­ril­miş, onların sırf dastanla bağlı araşdırmaları, gəldiyi nəticələr nəzərə alınmışdır. Buraya, eləcə də “Kitabi-Dədə Qorqud” boylarının motivləri əsasında yazılmış dram, nəsr, musiqi əsərləri və onların müəllifləri haqqında məqalələr daxil edilmişdir. İkinci cildin sonunda isə yenə də qorqudşünaslıq tarixində ilk dəfə olaraq “Kitabi-Dədə Qorqud” haqqında biblioqrafiya təqdim edilmişdir.

Cabbarlı Ayna

Bakı şəhəri 190 saylı orta məktəb,

10-cu sinif şagirdi

KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA ATALAR

SÖZLƏRİ VƏ STRUKTUR SEMANTİK XÜSUSİYYƏTLƏRİ

Türkdilli xalqların ədəbiyyat tarixində səsi uzaq əsrlərdən gələn, gün işığı ilə tarixləri yarıb keçən yenilməz bir kitab var: “Kitabi-Dədə Qorqud”. Təxminən 1000 il bundan əvvəl naməlum bir şəxs tərəfindən qələmə alınmış, sonralar başqa katiblər tərəfindən üzü köçürülərək zəmanəmizə qədər gəlib çıxmış “Kitabi-Dədə Qorqud” Azərbaycan xalq ədəbiyyatının ən qədim və möhtəşəm abidələrindən biridir.

Qədim ədəbiyyatımızın təlqin və təqdir etdiyi müdrik, mənalı fikirlər, zərif, bəşəri duyğular öz başlanğıcını böyük “Kitabi-Dədə Qorqud” nəhrindən götürür. “Kitabi-Dədə Qorqud” dastanında işlənən atalar sözləri, öyüdlər, məsəllər və s. dastanın tərbiyəvi cəhətlərini insana daha qabarıq çatdırır. Bu fikirlər oxucuya mənəvi-əxlaqi dəyərləri sadə şəkildə aşılayır. “Kitabi-Dədə Qorqud” dastanında atalar sözləri xüsusi əhəmiyyət kəsb edir. Hətta İstanbulun Topqapı muzeyində qorunan XV əsrə aid “Oğuznamə”də atalar sözlərinə aid belə bir cümlə var: “Atalar sözü Qurana girməz, amma Quran yanında yalın-yalın yalışır (yəni - Atalar sözü Qurani-Kərimə daxil olmaz, amma Qurani-Kərim yanında işım-işım işıldar, işıq saçar)”. Bu o deməkdir ki, atalar sözləri Qurani-Kərimdəki ayələr qədər müdrik əhəmiyyətə malikdir.

Azərbaycan şifahi xalq ədəbiyyatında atalar sözləri şəkilcə kiçik, mənaca dərin fikirlər ifadə edən janrlardandır. Xalqın özünün yaratdığı atalar sözlərində müəyyən bir fikir həm yığcam, həm də çox sərrast olur.

Atalar sözlərində həyatın bütün sahələrinə münasibət bildirilir.O, insanların əməyini peşəsini, arzu-istəyini, yaşayışını, doğma torpağa-vətənə məhəbbətini əks etdirir. Məhz buna görə ayrı-ayrı yerlərdə atalar sözlərinə “ibrətamiz söz”, “hikmətli söz”, “qızıl söz” və s. adlar vermişlər. Xalq müdrikliyinin rəmzi olan bu sözlər ana dili vasitəsilə qana daxil olur və həyatın hər hansı sahəsindən söhbət gedərkən bunlardan istifadə olunur. Məhz atalardan qamış bir miras olduğundan atalar sözü belə bir adla əzizlənir qorunur. “Kitabi-Dədə Qorqud” dastanında da yazılmış atalar sözləri hal-hazırda müasir dililmizdə işlənməkdədir. Dastanda işlənmiş atalar sözlərinin bir qismi bunlardır...

Kitabi-Dədə Qorqud” dastanlarında işlənmiş atalar sözləri

  1. Allah-Allah deməyincə işlər onmaz.

  2. Ana haqqı, Tanrı haqqı.

  3. Arı könüldə pas olsa, şərab açar.

  4. Ata ayağı kölük, ozan dili çevik olur.

  5. At işləməsə, ər öyünməz.

  6. At işlər, ər öyünər.

  7. Baba malından nə fayda, başda dövlət olmasa?

  8. Bir dama dirək vururlar, o dama dayaq olur durur.

  9. Bir yigitin Qaradağ yumrusunca malı olsa, yığar durur, tələb eylər, nəsi­bin­dən artığın yeyə bilməz.

  10. Bu dünyayı ərənlər əql ilə bulmuşlardır.

  11. Qaravaşa don geyirsən, qadın olmaz.

  12. Qaraqoçlar qarısa, kürüm verməz.

  13. Qara eşşək başına üyən ursan,qatır olmaz.

  14. Qardaşlı yigitlər qalxar-qopar olur.

  15. Qarı duşman dost olmaz.

  16. Qadir Tanrı verməyincə, ər bayımaz.

  17. Qız anadan görməyincə öyüd almaz.

  18. Qurd ənigi yenə qurd olur.

  19. Dəvəcə böyümüşsən, köşəkcə əqlin yox.

  20. Doğru yolu görürkən, əyri yoldan gəlməyəlim.

  21. Dövlətli oğul qopsa, ocağının gözüdür. Dövlətsiz oğul qopsa, ocağının külidir.

  22. Əl-aqibət, uzun yaşın ucu ölüm, axırı ayrılıqdır.

  23. Əzəldən yazılmasa,qul başına qəza gəlməz.

  24. Ər malına qıymayınca adə çıxmaz.

  25. Əski donun biti,öksüz oğlanın dili acı olur.

  26. Əski pambıq bez olmaz.

  27. Əcəl vədə irməyincə kimsə ölməz.

  28. Yad oğulu saxlamaqla oğul olmaz, böyüyəndə salır gedər, gördüm deməz.

  29. Yapa-yapa qarlar yağsa, yaza qalmaz.

  30. Könlün yuca tutan ərdə dövlət olmaz.

  31. Kül təpəcik olmaz.

  32. Gəlimli, gedimli dünya! Son ucu ölümlü dünya!

  33. Gen qapıyı qoydu, dar bacadan çıxdı.

  34. Oğuzun arsızı Türkmanın dəlisinə bənzər.

  35. Oğlan atadan görməyincə süfrə yaymaz.

  36. Oğul atanın yetiridir, iki gözünün biridir.

  37. Ölən adam dirilməz.

  38. Öyünməklə övrət ər olmaz.

  39. Tanrının birliyinə yoxdur güman.

  40. Təkəbbürlük eyləyəni Tanrı sevməz.

  41. Ulaşıban sular daşsa, dəniz olmaz.

  42. Çıxan can geri gəlməz.

  43. Qara polad uz qılıcı çalmayınca qırım dönməz.

  44. Oğul dəxi neynəsin, baba ölüb mal qalmasa.

  45. Qarağuca qıymayınca yol alınmaz.

Bu atalar sözlərinin struktur semantik xüsusiyyətləri belədir. Məs.: “Ana haqqı, Tanrı haqqı” - yəni bu o deməkdir ki, ana ilə tanrının varlığı bərabər sayılır. Hətta Qurani-Kərimdə işlənən “Cənnət anaların ayaqları altındadır ifadəsi buna bariz bir nümunədir”.

“Baba malından nə fayda, başda dövlət olmasa?” - İnsanın nə qədər çox malı, dövləti, mülkü olsa belə, ondan səmərəli, ağılla istifadə etmədikdə o bir anlığa puç ola bilər.

“Qadir Tanrı verməyincə, ər bayımaz”. - Allah insana izin vermədikcə insan heç bir zaman istəyinə nail ola bilməz. Tanrı bilən məsləhətdi. “Hətta belə bir hekayə var - Tanrı deyib ki, məni həyatda 2 şey güldürür: 1. Mən kimisə yıxanda başqalarının onu qaldırmağa cəhd göstərməsi, 2. Mən kimisə qaldıranda başqaları onu yıxmaq istəməsi” Onsuz Tanrı bunu istəsə ona heç bir qulu mane ola bilməz.

“Qız anadan görməyincə öyüd almaz”, “Oğlan atadan görməyincə, süfrə yaymaz” - Bu iki atalar sözü eyni mənanı kəsb edir: Tərbiyəni qız anadan, oğul isə atadan almalıdır. Necə deyərlər, övlad ailənin güzgüsüdür. Ailədən aldığı tərbiyəni əks etdirir.

“Doğru yolu görürkən, əyri yoldan gəlməyəlim” - bu çox sadə atalar sözüdür ki, mənası doğrunu yalnışdan ayırmaqdır. İnsan düz yolu qoyub səhv hərəkət etdikdə bu onun sonu ola bilər.

“Əcəl vədə irməyincə kimsə ölməz”, “Gəlimli, gedimli dünya! Son ucu ölümlü dünya!” - Bu atalar sözləri də həmçinin eyni məna ilə açıqlanır. Yaşam əbədi deyil, ölüm haqdı və əcəl gəlməyincə heç kəs dünyadan köçə bilməz. İnsanın taleyi necə yazılıbsa onu da yaşayr. Və heç birimiz əbədi deyilik.

“Ulaşıban sular daşsa, dəniz olmaz” - Bunu müasir dilimizə çevirsək belə demək olar ki, “Quyuya su tökməklə quyu dolmaz” - Adamın öz içində olmalıdı nəsə, kənar müdaxilələrin ona təsiri olmaz.

“Təkəbbürlük eyləyəni Tanrı sevməz” - Insan hər zaman sadə olmalıdır. Özündən razı olan insanları heç Tanrıda sevməz.



Скачать документ

Похожие документы:

  1. Rbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ

    Документ
    Üzeyir Hacıbəyli: Biblioqrafiya /Tərtib edənlər: R.Orucəliyeva, H.Haşımova və başq.; Elmi red. və ön sözün müəl.: Z. Səfərova; İxt. red. və burax. məsul: K.
  2. AZƏrbaycanşÜnasliğIN (1)

    Документ
    filologiya elmləri doktoru, professor Naxçıvan Dövlət Universitetinin rektoru Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Gəncə Dövlət Universitetinin rektoru kimya elmləri doktoru, professor Bakı
  3. AZƏrbaycanşÜnasliğIN (2)

    Документ
    Qloballaşma cəmiyyət həyatının bütün sahələrini, o cümlədən sosial-siyasi aspektini əhatə edən çoxsəpkili prosesdir. O milli sosial-iqtisadi qurumları vahid dünya iqtisadi və ictimai sistemi ilə qarşılıqlı surətdə bağlayan ümumdünya hadisəsidir.
  4. British rock-the first wave / disc eyes 1-2 / the kinks

    Документ
    BRITISH ROCK-THE FIRSTYLE="WAVE / DISC EYES 1-2 / THE KINKS (Beatles, Gerry & the Pacemakers, B.Poole & the Tremeloes, Hollies, Rolling Stones, Animals,
  5. İqtİsadİ İnkİşaf Nazİrlİyİ (1)

    Документ
    27. Грузия намерена экспортировать азербайджанский газ в Румынию (А лоббируемый Россией проект Nord Stream столкнулся с новыми сложностями). Зеркало, 10.

Другие похожие документы..